“Portu”nun yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Vitor Brunoya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Bruno daha əvvəl baş məşqçi Serji Konseysaunun köməkçisi idi. Serjiunun gedişindən sonra komandanın sükanı onun köməkçisi – Brunoya tapşırılıb.