“Portu”da baş məşqçi ayrılığı

“Portu”nun baş məşqçisi Serji Konseysau vəzifəsindən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama verib. O, “B24”-ə açıqlamasında klubdakı işini tərk etdiyini bildirib.

49 yaşlı mütəxəssis 2017-ci ildən “Portu”da çalışırdı. O, 4 dəfə Portuqaliya Kubokunu, 3 dəfə isə ölkə çempionatını qazanıb.

“Portu” ötən mövsümü üçüncü sırada bitirib.