“Portu” “Atletiko”nun hücumçusunu transfer etdi

“Atletiko”nun futbolçusu Samu Omorodion karyerasını “Portu”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Portu” forvard üçün 15 milyon avro ödəyəcək. Omorodion yeni klubunda 9 nömrəli formanı geyinəcək.