“Yuventus” futbolçusu Pol Poqba ilə müqaviləni ləğv etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun baş direktoru Mauritsio Skanavino insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bildirib:
“Poqba ilə müqavilənin ləğvi üçün danışıqlar apardığımız doğrudur. Həll yolu var, qalıb məsələni razılaşdırmaq. Onun klubu azad agent kimi tərk edəcəyini deyə bilərəm”.
Poqba ötən il dopinq testi müsbət çıxdığı üçün 4 illik futboldan diskvalifikasiya edilmişdi. İdman Arbitraj Məhkəməsi (CAS) onun cəzasını 18 aya endirib.