Poqba futbolsuz günlərindən danışdı: “Karyeramı bitirməyi düşündüm”

Fransalı futbolçu Pol Poqba açıqlama verib.

Futbolpress.az xəbər verir ki, dopinqə görə cəzalanan yarımmüdafiəçi futbolsuz qaldığı günlərdən danışıb:

“Beynimdə çoxlu fikirlər var idi. Hətta karyeramı bitirməyi də düşünmüşdüm. Diskvalifikasiya müddəti 4 il olanda arıtq çox şey haqda düşünürsən. Çünki oynamadan kim səni almaq istəyərdi? Lakin bir tərəfdən də inanırdım və yaxşı olacağına ümid edirdim. Bilirdim ki, bilərəkdən nəsə etməmişəm. Sonda cəza müddətim azaldıldı”.

Poqba ötən ilin yayında dopinq testi müsbət çıxdığı üçün 4 illik diskvalifikasiya edilmişdi. Daha sonra Beynəlxalq İdman Arbitraj Məhkəməsi oyunçunun cəzasını 18 aya endirib.