Polşa millisinin qapıçısı “Qarabağ” üçün gələcək

Polşanın “Stal” klubunun qapıçısı Mateuş Koçalski karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” 24 yaşlı qolkiperin xidmətində maraqlıdır. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə “atlılar”ın Mieleç təmsilçisi ilə razılığa gəldiyi, ancaq son qərarı Mateuşun verəcəyi bildirilib.

Qolkiperin yaxın zamada Bakıya gələcəyi və klubla yaxından tanış olacağı qeyd edilib.

Mateuş Polşa yığmasının da üzvüdür.