AFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə “Ölkə futboluna güzgü tutaq” mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız bu dəfə Topaz Premyer Liqası klublarının yay transfer dönəmindəki fəaliyyətinə nəzər yetirəcək.
Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da transfer pəncərəsi artıq bağlanıb. Geridə qalan müddət ərzində TPL klubları heyətlərində ciddi dəyişikliklər etdilər. Transferlərə görə onlardan bəzilərinin gücləndiyi görünürsə, zəfiləyənlər də var.
Ancaq bundan sonra da komandalarımız heyətə yeni futbolçu cəlb edə bilərlər. Transfer pəncərəsinin bağlanmasına baxmayaraq, azad agent statusu daşıyan futbolçularla müqavilə bağlamaq mümkündü.
TPL klublarının yay fasiləsindəki transfer fəaliyətinə ayrı-ayrılıqda nəzər yetirək…
“Qarabağ”
Ölkədə yerli futbolçuların ən yaxşılarının “Qarabağ”da olduğuna heç kəsdə şübhə yoxdu. Artıq legionerlər barədə də eyni şeyi söyləmək olar. “Qarabağ”ın ötən yay apardığı transfer siyasəti və hələlik görünənlər bunu deməyə əsas verir.
Ağdam klubu transfer pəncərəsi zamanı 7 oyunçuyla gücləndi. Bunlardan ikisi yerli futbolçulardısa, 5-i legionerdi. Əslində, “Qarabağ” yay fasiləsindəki fəaliyyətinə görə xeyli qınanırdı. Uzun müddət klub oyunçu cəlb etməkdə çətinliklə üzləşdi. İlk olaraq “İnter”dən Abbas Hüseynovu transfer edən “süvarilər” daha sonra “Şaxtyor”dan Anton Kanibolotskini heyətinə qataraq, qapı xəttini gücləndirdilər. Bundan sonra fasilə yarandı və yalnız ÇL-in təsnifat mərhələsi oyunu ərəfəsində Yakub Jezniçakla, Donald Gerrye heyətə cəlb edildi. Abbas və Anton əsasən ehtiyatda qalsalar da, digər iki oyunçu ÇL-in təsnifat mərhələsi və pley-off oyunlarında meydanda oldular. Xüsusilə Yakub Jezniçakın yüksək səviyyədə olması açıq-aşkar nəzərə çarpdı. Uzun illər Polşa çempionu “Legiya”ın kapitanı olan və bu komandanın heyətində ÇL qrupunda oynamış futbolçunun bu mövsüm “Qarabağ”a böyük xeyir verəcəyini indidən demək olar.
Ağdam klubunun qrup mərhələsinə vəsiqə qazanmasından sonra daha üç futbolçu heyətə cəlb edildi. “Trabzonspor”dan Ramil Şeydayev, PAOK-dan Pedro Enrike və “Olimpiakos”dan Tarik Elyunussi icarəyə götürüldü. Millinin də oyunçusu olan Ramil Şeydayev yerli azarkeşlərə tanışdı, digər iki futbolçu isə həm oyun qurucu, həm də vinger kimi çıxış edə bilirlər.
Son 4 mövsümün qalibi olan “Qarabağ”ın yay transfer fəaliyyətiylə 5-ci çempionluq yolunda vacib addım atdığını söyləmək olar. Gələnlərin müqabilində komandanı tərk edən adlara baxdıqda heyətin daha güclü və təkmil olduğu nəzərə çarpır. Üstəlik əsas fiqurlardan olan Qara Qarayev, Ansi Aqolli və Miçel kimi futbolçularla da yeni müqavilə imzalanıb.
Gələnlər: Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski (“Şaxtyor”, Ukrayna), Yakub Jezniçak (“Legiya”, Polşa), Vild-Donald Gerye (“Alanyaspor”, Türkiyə), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə: icarəyə), Pedro Enrike (PAOK, Yunanıstan: icarəyə), Tarik Elyunussi (“Olimpiakos”, Yunanıstan: icarəyə)
Gedənlər: İlyas Səfərzadə (“Kəpəz”), Azər Salahlı (“Sumqayıt”), Vüqar Mustafayev (“Zirə”), İlqar Qurbanov (“Qəbələ”), Vüqar Nadirov (“Səbail”), Muarem Muarem (“Aktobe”, Qazaxıstan), Boyan Şaranov
Müqavilə müddətini artıranlar: Əfran İsmayılov, Qara Qarayev, Ansi Aqolli, Miçel
“Qəbələ”
“Qırmızı-qaralar” bu yay da öz ampluasında idi. Komandanın heyətində yenidən köklü dəyişikliklə baş verdi. 10 futbolçu cəlb edən əyalət klubu 13 nəfərlə yollarını ayırdı. Gedənlərin bir çoxunun keçən mövsüm əsas heyətdə yer aldığını nəzərə alsaq, bu çempionatda komandanın hecə çıxış edəcəyi böyükl sual doğurur. Komandaya yeni cəlb edilənlərdən 4-ü yerlilərdi. Alen Askerov yaş limitinə uyğun gəlirsə, Elvin Məmmədov kifayət qədər yaşı transfer sayılmalıdı. İlqar Qurbanov da Avropa Liqası oyunlarında özünü heç də pis göstərmədi. Qapı xətini gücləndirməyə hesablanmış Aqil Məmmədovun isə Dmitri Bezotosnının kölgəsində qalacağına şübhə yoxdu.
“Qəbələ”nin legioner transferləri isə ilk vaxtlar göz oxşayırdı. Həm karyeraları, həm gəldikləri ölkələr onların yüksək səviyyədə olduqlarını düşünməyə əsas verirdi. Ancaq ilk matçlar əcnəbilərin bir çoxunun gedən oyunçlularla müqayisədə üstün olmadığını sübut etdi. Hətta heyətə düşməkdə çətinlik çəkən Xavier Ernandes tezliklə klubu tərk etdi. Qalanların isə bir çoxu legioner limtinə görə Premyer Liqada oynaya bilmir. Yenə komanda əsasən keçənilki futbolçuların ümidinə qalıb. Yenilərdən yalnız Cozef Monrozu bir qədər fərqləndirmək olar. Digərləriysə çox gümün ki, mövsümün sonunda artıq “Qəbələ”ni tərk edə bilərlər.
Gələnlər: Yusif Nəbiyev (“Sumqayıt”: icarədən qayıdıb), Elvin Məmmədov (“Zirə”), İlqar Qurbanov (“Qarabağ”), Aqil Məmmədov (AZAL), Xavi Ernandes Qonzales (“Qurnik Lençna”, Polşa), Stiven Jozef-Monroz (“Brest”, Fransa), Dion Malone (“Den Haaq”, Hollandiya), Endi Hallidey (“Reyncers”, Şotlandiya: icarəyə), Famussa Kone (“Göztəpə”, Türkiyə: icarəyə), Deyv Bultuis (“Nürnberq”, Almaniya), Alen Askerov (“Noviqrad”, Xorvatiya)
Gedənlər: Teo Uiks (“Ermis”: icarə müddəti başa çatıb), Rəşad Eyubov (“Sumqayıt”), Nika Kvekveskiri (“Tobol”, Qazaxıstan), Rəşad Sadiqov (“Zirə”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Sergey Zenyov (“Krakoviya”, Polşa), Yusif Nəbiyev (“Zirə”: icarəyə), Ramin Həsənov (“Sumqayıt”: icarəyə), Daniel Subotiç (“Ulsan Hyundai”, Cənubi Koreya), Rikardinyo (“Oksford Yunayted”, İngiltərə), Xavi Ernandes Qonzales (“Krakoviya”, Polşa), Fərid Nəbiyev (“Slaviya”, Çexiya), Rafael Santos, Murad Musayev, David Petrzkeviç.
Müqavilə müddətini artıranlar: Roman Qriqorçuk (baş məşqçi), Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov, Asif Məmmədov, Rasim Ramaldanov
“İnter”
Transfer qadağası olan Bakı klubu yay fasiləsi dönəmində də heyətini gücləndirə bilmədi. Üstəlik komanda bir neçə əsas heyət oyunçusunu itirdi. Düzdü, bəziləriylə müqavilə yenilənməsi müsbət məqamdı, amma gedənlərin fonunda “İnter”in zəiflədiyini demək olar. Güman ki, Zaur Svanadzenin komandası üçün keçən mövsüm əldə etdiyi “bürünc”ə yenidən sahib çıxmaq mümkün olmayacaq.
Komandanın əsas heyət üzvlərindən Zurab Xizanişvili karyerasını bitiribsə, Abbas Hüseynov “Qarabağ”a, Səlahət Ağayev “Neftçi”yə, Rauf Əliyev isə Albaniya “Kukesi”sinə keçib. Xüsusilə Əliyevin gedişi komandaya böyük zərbə oldu. Ötən mövsümün bombardirini buraxmamaqda israr edən klub rəhbərliyi sonda “ağ bayraq” qaldırdı.
“İnter” nə qədər döyüşkən kollektiv olsa da, Zaur Svanadze çox da güclü olmayan heyətlə yaxşı nəticə verə bilsə də, bu mövsüm komandanın medalçılar sırasına düşməsi sürpriz olardı. “İnter” ən yaxşı halda 4-cü yeri tutub Avropa Liqasına vəsiqə qazanmağa ümid etməlidi.
Gələn: yoxdu
Gedənlər: Abbas Hüseynov (“Qarabağ”), Səlahət Ağayev (“Neftçi”), Zurab Xizanişvili (karyerasını bitirib), Rauf Əliyev (“Kukesi”, Albaniya)
Müqavilə müddətini artıranlar: Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov, Adrian Skarlatake, Məmməd Quliyev, Orxan Sadıqlı
“Zirə”
Avrokuboklarda çıxış edən “Zirə” heyətini xeyli gücləndirib və TPL-də gedirə qalan turlar da komandanın daha iddialı olduğunu sübut edir. Qəsəbə təmsilçisinə yay transfer pəncərəsi zamanı 10 yeni futbolçu cəlb olundu. Gedənlərin arasında isə yalnız kapitan Elvin Məmmədovun “Qəbələ”yə keçidini ciddi itki hesab etmək olar.
Yeni gələnlərdən Cozef Bum, Kervens Belfort və Qabriel Matey Avropa Liqası oyunlarında da özlərini yaxşı tərəfdən göstərə bildilər. Tezliklə əsas heyət üzvünə çevrilən futbolçular Ayxan Abbasovun sisteminə çox tez uyğunlaşdılar. Xüsusilə Kervens Belfort diqqətləri öz üzərinə cəlb etdi. Ancaq o da “dəyib-qayıdanlar”dan olacaq. Məsələ burasındadı ki, Hindistanın “Jamşedpur” adlı klubu bu futbolçuya “elçi düşüb” və çox güman ki, “Zirə” müəyyən məbləğ qarşısında onunla yollarını ayıracaq.
Qəsəbə təmsilçisində karyerası qısa alınan daha bir futbolçu isə Rəşad Sadiqov oldu. “Qəbələ”dən ayrıldıqdan sonra “Zirə”yə qoşulan yarımmüdafiəçi avrokubok oyunlarında da iştirak etdi, ancaq baş məşqçi Ayxan Abbasovla problemlərə görə komandadan kənarlaşdırıldı.
Ümumilikdə, yayda heyəti kifayət qədər güclənən “Zirə”nin “Qəbələ” və “Qarabağ”a problem yaradacağı gözlənilir. Ən azından ilk turlar bunu deməyə əsas verir. Bu komandanı bürünc medallara əsas iddiaçı saymaq da olar.
Gələnlər: Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Vüqar Mustafayev (“Qarabağ”), Rəşad Sadiqov (“Qəbələ”), David Manqa (“Hapoel”, Aşkelon, İsrail), Kervens Belfort (“Surinska”, İsveç), Jozef Bum (“Qaziantep BB”, Türkiyə), Qabriel Matey (“Qurnik”, Polşa), Yusif Nəbiyev (“Qəbələ”: icarəyə), Sadio Tounkara (AZAL)
Gedənlər: Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov (“Kəpəz”), Nurlan Novruzov (“Səbail”), Yamin Ağakərimzadə (“Səbail”), Elvin Məmmədov (“Qəbələ”), Cavid Tağıyev (“Sumqayıt”), Akim Latifu (“Honved”, Macarıstan), Amadu Ben Sanqar
Müqavilə müddətini artıranlar: Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi, Yovan Krneta, Aleksandr Şemonayev, Milan Duriç, Riçard Qadze
“Kəpəz”
Keçən mövsümün 5-cisi yay fasiləsi zamanı heyəti zəifləyənlər sırasındadı. Gəncə klubu Julien Ebah, Dario Federiko, Renan Alveş, Serjio Kosta, Orxan Əliyev kimi əsas oyunçularını əldən buraxdı. Onların əvəzinə cəlb olunanlar isə o qədər də parlaq görünmür. I Divizion, əvəzedicilərin yarışından gələn futbolçularla yanaşı 4 legioner də transfer edilib. Sergey Çernışev, Dedimar Fereyra, Samba Dialo, Viktor Oseqeyl kvartetindən yalnız sonuncu nə iləsə fərqlənməyə çalışır.
Stadionunda təmir işləri gedən və büdcəsinin bir hissəsinin məhz ona ayrıldığı “Kəpəz”in bu mövsüm autsayderlər sırasında yer alacağını düşünmək olar. İlk turlarda qeydə alınan nəticələr də bunu ehtimal etməyə əsas verir.
Gələnlər: İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov (“Zirə”), Azər Məmmədov (“Turan Tovuz”), Ruzi Qiyaslı (“Neftçi”), Aydın Qasımov (MOİK), Sergey Çernışev, Oseqeyl Laki Viktor, Dialo Samba, Ferreyra das Çaqas Dedimar
Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Sumqayıt”), Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi “Zirə”), Renan Silva (“Voyvodina”, Serbiya), Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Tadas Simaitis (“Yonava”, Litva), Julien Ebah, Serjio Kosta
Müqavilə müddətini artıranlar: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Ceyhun Cavadov, Tural Rzayev
“Sumqayıt”
Keçən çempionatın döyüşkən ruhlu komandası transfer fəaliyyətinə mövsümün bitimindən dərhal sonra başladı. Demək olar ki, qısa zaman kəsiyində heyətin “təmizlənməsi” və yeni futbolçuların cəlb olunması işi başa çatdırıldı. Xeyli oyunçu ilə yollarını ayıran “gənclik şəhəri” təmsilçisi kifayət qədər yaxşı transferlərlə yadda qaldı. Ən böyük itki kimi icarə müddəti başa çatan Mirabdulla Abbasovun “Neftçi”yə qayıtmasını qeyd etmək olarsa, Cavid İmamverdiyev, Rəşad Eyubov və Tural Axundov, Cavid Tağıyev kimi futbolçuların cəlb olunması diqqət çəkir.
İlk turlar da Samir Abbasovun komandasının heç kimə asan təslim olmayacağını göstərdi. Bu heyətlə avrokuboka vəsiqə verən 4-cü yer real görünür.
Gələnlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Kamal Mirzəyev (AZAL), Rəşad Eyubov (“Qəbələ”), Azər Salahlı (“Qarabağ”), Cavid Tağıyev (“Zirə”), Ramin Həsənov (“Qəbələ”: icarəyə)
Gedənlər: Mirabdulla Abbasov (“Neftçi”: icarə müddəti başa çatıb), Kamran Abdullazadə (“Kəpəz”), Yusif Nəbiyev (“Qəbələ”: icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov
Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə
“Neftçi”
Keçən mövsümü bərbad keçirən “Neftçi”dən hamı yay transfer pəncərəsi zamanı xüsusi fəallıq gözləsə də, bunun baş verdiyini demək çətindi. Komandaya çox oyunçunun gətirilməməsiylə yanaşı “təmizlik işi”nin miqyası daha böyük göründü.
Zdenek Folprext və Giorgi Navalovskinin heyətdə saxlanılmaması böyük itki sayılmalıdı. Ancaq gələnləri də zəif hesab etmək olmaz. Millinin qapıçısı Səlahət Ağayev, keçən mövsüm “Sumqayıt”da əla çıxış edən Mirabdulla Abbasov, yığmanın digər üzvü Məhəmməd Mirzəbəyov komandaya xeyir verə biləcək oyunçulardı. Sabiq “Xəzər Lənkəran”lı Elnur Cəfərov da bu mövsüm “ağ-qaralar”ın uğurları üçün tər tökəcək. Komandaya iki legioner də cəlb olunub. Derlis Meza Kolli orta xəttə liderliyi ələ almalıdısa, Mateo Mujek cinahda yaxşı çıxış etməlidi. Ancaq ilk turlar Mujekin fayda verəcəyinə inamsızlıq yaradıb.
İstənilən halda, “Neftçi” keçənilkindən daha güclü görünür və düşünmək olar ki, turlar keçdikcə komanda öz oyununu tapacaq.
Gələnlər: Səlahət Ağayev (“İnter”), Mirabdulla Abbasov (“Sumqayıt”: icarədən qayıdıb), Məhəmməd Mirzəbəyov (“Qəbələ”), Rəşad Əzizli (“Səbail”), Elnur Cəfərov (“Duqopolye”, Xorvatiya), Mateo Mujek (“Rudar”, Sloveniya), Derlis Meza Kolli (“Syerro Portenyo”, Paraqvay)
Gedənlər: Cavid İmamverdiyev (“Sumqayıt”), Mahir Şükürov (karyerasını bitirib), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı “Səbail”), Ruzi Qiyaslı (“Kəpəz”), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı “Səbail”: icarəyə), Zdenek Folprext (“Slovan”, Çexiya: icarə müddəti başa çatıb), Elvin Bədəlov (“Qarabağ Vyana”, Avstriya), Georgi Navalovski (“SKA-Xabarovsk”, Rusiya), Edson Kastilyo (“Mineros Quayana”, Venesuela: icarəyə), Jairo Rodriges, Boban Baykoviç
Müqavilə müddətini artıranlar: Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov, Elvin Bədəlov
“Səbail”
Debütant heyətini əsaslı şəkildə dəyişdi. Samir Əliyevin baş məşqçi təyin olunmasından sonra gənc və təcrübəlilərin sintezindən yeni komanda formalaşdırıldı. Heyətə 6 legioner futbolçu da cəlb olundu. Ayrton Stati, Eqdaras Zarskis, Tamazi Tsetsxladze, Maudo Jarjue, Renan Telles və Elman Taqayev komandanın ilk mövsümünün uğurlu alnımasına töhfə verməyə çalışacaqlar. Nurlan Novruzov və Vüqar Nadirov kimi Premyer Liqa təcrübəsi olan yerli futbolçular da “Səbail”ə faydalı olmalıdılar.
Komandanın qarşısına elitada qalmaq vəzifəsi qoyulduğunu nəzərə alsaq, “Səbail”in bu heyətlə əsas rəqibləriylə mübarizə aparmaq gücündə olduğunu söyləmək olar.
Gələnlər: Samir Əliyev (baş məşqçi), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı “Neftçi”), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı “Neftçi”: icarəyə), Yamin Ağakərimzadə (“Zirə”), Emin Mehdiyev, Raul Yaqubzadə (hər ikisi “Zaqatala”), Aqşin Muxtaroğlu (“Turan Tovuz”), Vüqar Nadirov (“Qarabağ”), Nurlan Novruzov (“Bakı”), Elman Taqayev (“Altın Asır”, Türkmənistan), Maudo Lamine Jarjue (“Jil Visente”, Portuqaliya), Seymur Əsədov (“Sumqayıt”), Amit Quluzadə (AEL, Yunanıstan), Murad Musayev (“Qəbələ”), Ayrton Statye (“Oss”, Hollandiya), Edqaras Zarskis (“Atlantas”, Litva), Tamaz Tsetsxaladze (“Qardabani”, Gürcüstan), Maudo Jarjue (“Vil Visente”, Portuqaliya), Renan Telleş (“Hibernians”, Malta)
Gedənlər: Elman Sultanov (baş məşqçi), Rəşad Əzizli (“Neftçi”), Emin Cəfərquliyev (“Binə”)
Müqavilə müddətini artıran: Emil Balayev
Faiq Tahirov
Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb