“Çelsi”də baş məşqçi Maurisio Poçettinonun taleyi haqda qərar verilib.
Futbolpress.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi mütəxəssisə mövsümün sonuna kimi şans verəcək. Nəticələr qənaətbəxş olsa, böyük ehtimalla, yeni mövsümdə də komandanı Poçettino çalışdıracaq.
Daha əvvəl argentinalı mütəxəssisin istefaya göndəriləcəyi iddia edilirdi. Lakin “Çelsi” son üç oyunda iki qələbə qazanıb, bir heç-heçə edib. Rəhbərlik hələlik mütəxəssisdən razıdır.
“Çelsi” Premyer Liqada 54 xalla 7-ci sıradadır.