Poçettinonun razılığı alındı

ABŞ millisinin yeni baş məşqçisi Maurisio Poçettino olacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Argentinalı mütəxəssis ABŞ yığmasının təklifinə “hə” deyib. Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.

O, bu postda bir müddət əvvəl istefaya göndərilən Qreqq Berhalteri əvəzləyəcək.

Poçettino daha əvvəl “Çelsi”, “Tottenhem”, PSJ kimi klublarda işləyib.