“Barselona” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen sıradan çıxıb. Məşq zamanı ağrılan hiss edən müdafiəçi azı iki ay yaşıl meydanlardan uzaq qaıacaq.
“Barselona” Kristenseni satmaq niyyətində idi. Futbolçunun zədəsi transfer məsələsinin qışa kimi təxirə salınması deməkdir.
28 yaşlı müdafiəçi 2022-ci ildən “Barselona”da çıxış edir. O, bu mövsüm bir oyunda iştirak edib.