Pioli Premyer Liqa klubu ilə danışıq aparır

“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli Premyer Liqadan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Oratsio Akkomando məlumat yayıb. Mütəxəssisin “Nottingem Forest”lə danışıqlar apardığı bildirilib.

Pioli 2019-2024-cü illərdə “Milan”a rəhbərlik edib. O, 2021/22 mövsümündə A Seriyasını qazanıb.