Pike: “Real” tarixinin ən önəmli qollarını oyundankənar vəziyyətlərdən vurub”

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike “Real”ın (Madrid) La Liqada hakimlikdən şikayəti haqda danışıb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı oyunçu bu şikayətin gözdən pərdə asmaqdan başqa bir şey olmadığnı ifadə edib:

“Bu bəyanat tüstü pərdəsidir, 120 ildir bunu edirlər. Bir şey səhv olanda bunu edirlər, biz buna öyrəşmişik. Madridlilərin tarixinin ən önəmli qolları oyundankənar vəziyyətlərdən vurulub və heç bir iddia irəli sürülməyib”.

Qeyd edək ki, bundan əvvəl “Real” İspaniya Kral Futbol Federasiyasına (RFEF) çempionatda “İspanyol”a məğlubiyyətdən sonra (0:1) hakimlikdən şikayət edib .