Pike futbolçu olmağın pis tərəfindən danışdı

İspaniyalı keçmiş futbolçu Jerar Pike açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, futbolçu olmağın çətinliyindən danışıb:

“İnsanlar futbolçu olmağın əla olduğunu düşünür, ancaq bəzən bundan bezirsən, etmək istəmirsən. Təsəvver edib, səhər 9-10-da oyanmalısan, taktika və strategiya ilə məşğul olmalısan. Darıxdırıcıdır… Karyeranızın 20-ci ilindən sonra futbol oynamaq istəməyəcəksiniz”.

Pike 2008-2023-cü illərdə “Barselona”nın formasını geyinib. 37 yaşlı keçmiş müdafiəçi 2023-cü ilin yanvarında karyerasını bitirib.