PFL “Zirə” – “Kəpəz” matçının yubanmasına münasibət bildirdi

Zirə İdman Kompleksinin stadionunda oyun üçün hazırlıq prosesi yekunlaşmaq üzrədir.

Futbolpress.az xəbər verir ki, Peşəkar Futbol Liqası buna görə “Zirə” klubunun rəhbərliyinə və əməkdaşlarına, “Kəpəz” klubuna isə göstərdiyi yüksək anlayışa görə təşəkkür edib.

Qurumun məlumatına görə “Zirə” – “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək.