PFL şərtləri dəyişdi – münsiflər heyəti yaradıldı

Peşəkar Futbol Liqasının Azərbaycan Premyer Liqası, I Liqa və II Liqa yarışlarında həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtləri dəyişdirilib.

Futbolpress.az xəbər verir ki, belə ki, qaliblər artıq PFL-in feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdir:

1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti
2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi
3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru
4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru
5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru
6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü
7. Nazim Əliyev – futbol mütəxəssisi
8. Nazim Süleymanov – futbol mütəxəssisi
9. Arif Əsədov – futbol mütəxəssisi
10. Aslan Kərimov – futbol mütəxəssisi
11. Mahmud Qurbanov – futbol mütəxəssisi

Qeyd: Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir.