PFL rəsmisi Millətlər Liqası oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

UEFA Millətlər Liqasının sentyabrın 10-da keçiriləcək Latviya – Farer adaları oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.