PFL rəsmisi Çempionlar Liqasına təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqası oyununa təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, Çempionlar Liqasında Liqa yolu çərçivəsində keçiriləcək “İnter” (İtaliya) – “Leypsiq” (Almaniya) oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 26-da baş tutacaq.