PFL rəsmisi “Başakşəhər”in oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 15-də keçiriləcək “İstanbul Başakşəhər” (Türkiyə) – “İberia 1999” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.
İstanbul şəhərində yerləşən “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək cavab matçını polşalı baş hakim Pavel Raczkovski idarə edəcək.