PFL rəsmisinə UEFA-dan təyinat

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 6-da keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Fiorentina” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Afina Olimpiya Stadionunda baş tutacaq.