PFL pley-off oyunları ilə bağlı yekun qərar verməyib

2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş klub arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

2024/25 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi 29 may və 05 iyun tarixlərində oynanılacaq.

I Liqada 9-cu yeri “Difai Ağsu”, II Liqada isə ikinci yeri “Cəbrayıl” tutub.