Perişiçin yeni klubu bilindi

“Bavariya”nın və Xorvatiya millisinin sabiq futbolçusu İvan Perişiçin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı cinah oyunçusu PSV-yə keçib. Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb. Perişiç ilə 1 illik müqavilə imzalanıb.

İvan karyerası ərzində “Bavariya”, “İnter”, “Tottenhem” kimi klublarda çıxış edib. Onun son ünvanı ölkəsində “Hayduk” olub.