Peresin planında daha nələr var?

“Real”ın prezidenti Florentino Peresin növbəti mövsüm üçün planları bəlli olub.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd olunub ki, klub prezidenti növbəti mövsüm Xabi Alonsonu baş məşqçi postuna gətirmək istəyir. Bundan başqa, Alonso ilə yanaşı Madrid təmsilçisinin əsas hədəfi “Bayer”in yarımmüdafiəçisi Florian Virtz olacaq.

“Kral klubu”nun hazırkı baş məşqçisi Karlo Ançelottinin komanda ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.

Onun rəhbərliyi altında komanda geridə qalan mövsümdə La Liqa çempionu oldu və Çempionlar Liqasında qızıl medalları qazandı.

La Liqa təmsilçisi bir neçə gün əvvəl Kilian Mbappe ilə 5 illik müqavilə imzaladı.