Peres sabiq “Barsa”lını “Real”a gətirmək istəyir

Madrid “Real”ının prezidenti Florentino Peres klubun baş məşqçisi vəzifəsinə müxtəlif namizədləri dəyərləndirir.

Futbolpress.az xəbər verir ki, Karlo Ançelotti bu yay “Los Blankos”dan ayrıla bilər. Peres təəccüblü şəkildə vaxtı ilə “Barselona”da oynayan “Komo”nun baş məşqçisi Sesk Fabreqası “Real”a baş məşqçi təyin etməyə hazırlaşır.

37 yaşlı ispaniyalı mütəxəssisin İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.