Son klubu “Trabzonspor” olam Nikolya Pepe karyerasını İspaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 29 yaşlı cinah hücumçusu “Vilyarreal”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Pepe daha əvvəl “Lill”, “Arsenal” və “Trabzonspor”da çıxış edib.