“Trabzonspor”un futbolçusu Nikolas Pepe mövsümün sonunda komandadan ayrılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Qeyd olunub ki, futbolçuya Səudiyyə Ərəbistanı klublarında təklif olsa da, o, Avropada qalmaq istəyir.
Pepe bu mövsüm 19 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
28 yaşlı oyunçu mövsümün sonunda azad agent statusuna sahib olacaq.