Pep Qvardiola: “Təslim olmayacam”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının uğursuz çıxışları barədə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis üzləşdiyi böhrandan çıxacağını və hazırki durumla barışmayacağını bildirib:

“Bəzən hər şeyin daha tez və ya daha asan həll olunacağını gözləyirsən, amma sonda bu, daha çox vaxt aparır. Mən təslim olmayacağam. Mən burada olmaq istəyirəm, vəziyyəti düzəltmək istəyirəm. İndi “Lester”lə matça gedirik, burada asan olmayacaq. Çalışacağıq ki, yaxşı oyun göstərək. Futbolçularım buna hazır olacaq”.

“Şəhərlilər” son 13 matçdan yalnız 1-də qalib gələ biliblər. Hazırda onlar 18 turdan sonra 28 xalla Premyer Liqada 7-ci yerdə qərarlaşıblar.