“Barselona” futbolçusu Pedrinin müqaviləsini uzadacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Toni Huanmarti məlumat yayıb. Kataloniya təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2030-cu ilin yayına kimi uzadacaq.
Pedri bu mövsüm 25 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2026-cı ilin yayına kimidir.