Parisdə növbəti medal

Azərbaycan Parisdə keçirilən Paralimpiya Oyunlarıda növbəti medalı qazanıb.

Futbolpress.az xəbər verir ki, paraüzgüçümüz Raman Salei S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medal əldə edib.

Paralimpiyaçımız daha əvvəl S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş medal qazanıb.

Qeyd edək ki, Raman Salei Paris Paralimpiadasında daha bir kateqoriyada çıxış edəcək. İdmançımız 7 sentyabrda S12 kateqoriyasında 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda mübarizə aparacaq.