Çempionlar Liqasında bu gün keçiriləcək PSJ – “Aston Villa” oyunundan öncə iki komandanın fanatları arasında mübahisə yaşanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb. Tərəflər arasında münaqişə Parisdə bir bar qarşısında olub. Hadisə polisin müdaxiləsindən sonra dayanıb.
Matç bu gün saat 23:00-da başlayacaq.