Paris klubunun transfer siyahısında

Bu qış hücumçu Markus Reşford “Mançester Yunayted”dən ayrılaraq icarə əsasında “Aston Villa”ya keçib.

Futbolpress.az xəbər verir ki, 27 yaşlı vinger Birmingem klubunda çıxış etdiyi müddətdə 12 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

PSJ-nin futbol müşaviri Luis Kampos Reşfordun nümayəndələri ilə əlaqəni bərpa edib.

Paris komandasının qarşıdan gələn yay transfer pəncərəsində ingilis forvardı heyətinə qatmağa cəhd edəcəyi gözlənilir.