Paris-2024: Yaponiya medal sıralamasında birincidir

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iki gün geridə qalıb.

Futbolpress.az xəbər verir ki, medal sıralamasında birinci pillədə Yaponiya yer alıb. Asiyalıların aktivinda 7 medal var ki, onlardan 4-ü qızıl, 2-si gümüş, 1-i isə bürüncdür.

İkinci sırada 6 medalla Avstraliya yer alıb. Onların aktivində isə 4 qızıl, 2 gümüş medal var.

“Üçlüy”ü ABŞ tamamlayır. Amerikalı idmançılar 3 qızıl, 6 gümüş, 3 bürünc medal qazanıblar. Sayda öndə olan ABŞ idmançıları qızıl sayında geridə olduğu üçün üçüncüdür.

Azərbaycanın isə hələ medalı yoxdur.