Paris-2024: Azərbaycan idmançısı FİNALDA!

Paris Yay Olimpiya oyunlarında ölkəmizi taekvondo yarışlarında təmsil edən Qaşım Maqomedov finala yüksəlib

Futbolpress.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda italiyalı Vito Del Akvila ilə üz-üzə gəlib. Bundan əvvəl keçirdiyi 2 görüşdə olduğu kimi bu dəfə də rəqibinə hissə vermədən qalib gələn Maqomedov finala yüksəlib.

Onun finaldakı rəqibi  cənubi koreyalı Park Tae-Junla olacaq.