Azərbaycan güləşçiləri Paris-2024-də mübarizəyə qoşulub.
Futbolpress.az xəbər verir ki, əvvəlcə 130 kq-da Sabah Şəriəti 1/8 finalda Estoniya təmsilçisi Heiki Nabi ilə qarşılaşıb. Görüş Sabahın qələbəsiylə başa çatıb və o, 1/4 finala adlayıb.
Daha sonra 60 kq-da Murad Məmmədov yarışa başlayıb. O, 1/8 finalda venesuelalı Rodriqes Oroskoya uduzub və mübarizəni dayandırıb.