Paris-2024: Lamiyə finala yüksəldi

Paris-2024 Yay Paralimpiya Oyunlarının altıncı yarış günündə paratletimiz Lamiyə Vəliyeva mübarizəyə qoşulub.

Futbolpress.az xəbər verir ki, paralimpiya çempionumuz 100 metr məsafəyə qaçışda 11.81 saniyə ilə birinci pillədə qərarlaşaraq finala yüksəlib.

Qeyd edək ki, final qaçışı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.