Paris-2024: Həsrət Cəfərov bürünc medal qazandı

Paris Yay Olimpiya oyunlarında ölkəmizi güləşin yunan-roma növü üzrə təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda döyüşə çıxıb. 

Futbolpress.az xəbər verir ki, 67 kq-da mübarizə aparan təmsilçimiz qırğızıstanlı Amantur İsmayılovla qarşılaşıb. Rəqibinə 8:0 hesabı ilə qalib gələn Cəfərov turnirin bürünc medalını qazanıb.

Bu yunan-roma güləş komandamızın Olimpiadadakı ilk və son medalı olub.