Paris-2024: Güləşçimiz yarımfinalda uduzdu

Paris Yay Olimpiya oyunlarında ölkəmizi güləşin sərbəst növü üzrə təmsil edən Maqomedxan Maqomedov növbəti görüşünə çıxıb

Futbolpress.az xəbər verir ki, 97 kq-da mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Givi Matçaraşvili ilə mübarizə aparıb. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Maqomedxan Maqomedov bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.