Paris-2024: güləşçilər mübarizəyə başlayır

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün güləş üzrə yarışlara start veriləcək.

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti 130 kq-da finlandiyalı Heiki Nabi ilə üz-üzə gələcək. Digər idmançı Murad Məmmədov isə 60 kq-da Venesuelanı təmsil edən Raiber Rodriqeslə qarşılaşacaq.

Güləş yarışlarına saat 17:00-dan start veriləcək.