Azərbaycan güləşçisi Giorgi Meşvildişvilinin (125 kq) Paris-2024-də bürünc medal uğrunda görüşdəki rəqibi müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, o, Polşa təmsilçisi Robert Baranla üz-üzə gələcək.
Giorginin görüşü axşam seansında olacaq.
Azərbaycan buna qədər Paris-2024-də 5 medal qazanıb. Cüdoçular Hidayət Heydərov, Zelimt Kotsoyev qızıl, taekvondoçu Qaşım Maqomedov, boksçu Alfonso Dominqes gümüş, güləşçi Həsrət Cəfərov isə bürünc medal qazanıb.