Paris-2024: Gimnastika millimizdən tarixi nəticə

Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastikanın qrup hərəkətləri üzrə Azərbaycan millisi tarixi nəticəyə imza atıb.

Futbolpress.az xəbər verir ki, bu gün keçirilən finalda iştirakçılar 5 halqa, 3 lent və 3 topla çıxış ediblər. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət komandamız yekunda 66,450 xal toplayıb və 5-ci sıranı tutub. Bu, Azərbaycan gimnastlarının Olimpiadalarda qrup hərəkətlərindəki ən yaxşı nəticəsidir.

Yarışın qalibi Çin komandası olub, İsrail ikinci, İtaliya isə üçüncü sıranı tutub.