Paris-2024: futbol yarışlarının yarımfinalçıları məlumdur

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında futbol matçları davam edir.

Futbolpress.az xəbər verir ki, meydan sahibi Fransa yığması 1/4 finalda Argentina ilə qarşılaşıb. Görüş “xoruzlar”ın qələbəsiylə başa çatıb – 1:0.

Fransa millisi yarımfinalda Misir seçməsi ilə qarşılaşacaq. Final yolundakı digər matç isə Mərakeş ilə İspaniya yığması arasında olacaq.