Paris-2024: Fransa və ABŞ 1/4 finalda

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilərin futbol yarışı davam edir.

Futbolpress.az xəbər verir ki, ev sahibi Fransa qrup mərhələsinin üçüncü turunda Yeni Zelandiyanın Olimpiya yığmasını 3:0 hesabıyla məğlub edib və qrupu lider bitirib.

Qrupun digər matçında isə ABŞ Qvineya seçməsini eyni hesabla üstələyib.

Fransa 1/4 finalda Argentina, ABŞ isə Mərakeşlə qarşılaşacaq.