Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Futbolpress.az xəbər verir ki, o, qrup mərhələsinin ilk oyununda avstriyalı Kollins Filimondla qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb – 2:0.
Daha əvvəl badmintonçu Keişa Fatima Zəhra qrupda iki oyunu uduzaraq, mübarizəni dayandırıb.