Paris-2024: Dominqes üçün final günü

Azərbaycan boksçus Alfonso Dominges (92 kq) bu gecə Paris-2024 Yay Olimpiya Oyunlarında final döyüşünə çıxacaq.

Futbolpress.az xəbər verir ki, o, həlledici görüşdə Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla qarşılaşacaq.

Final saat 00:34-də başlayacaq.

Azərbaycan buna qədər Paris-2024-də 4 medal qazanıb. Cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev qızıl, taekvondoçu Qaşım Maqomedov gümüş, güləşçi Həsrət Cəfərov isə bürünc medal qazanıb.