Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Futbolpress.az xəbər verir ki, xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə qarşılaşıb və məğlub olub.
Gültac bu nəticəylə yarışla vidalaşıb. Bu gün daha bir cüdoçu – Yaşar Nəcəfov ilk görüşündə uduzaraq, mübarizəni dayandırıb.