Paris-2024-də medalsız qalan güləşçi karyerasını bitirdi

Azərbaycan güləşçisi Sabah Şəriəti karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Paris-2024-də mübarizə aparan Sabah Olimpiya Oyunlarındakı son görüşündən sonra karyerasını başa vurub.

Şəriəti daha əvvəl Rio Olimpiadasının və Avropa çempionatının mükafatçısı olub.

130 kq-da yarışan güləşçi Paris-2024-də beşinci yeri tutub və medalsız qalıb.