Paris-2024: Azərbaycanın üç idmançısı mübarizəyə başlayacaq

Azərbaycanın daha üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

Futbolpress.az xəbər verir ki, əvvəlcə cüdoçular yarışa başlayacaq.

66 kq-da Yaşar Nəcəfov serbiyalı Straxinya Bunçiçlə, 52 kq-da isə Gültac Məmmədəliyeva amerikalı Anjelika Delqado ilə qarşılaşacaq.

Boksçuların yarışında isə Alfonso Dominqes 1/8 finalda kubalı Xulio Sesar la Krusla üz-üzə gələcək.