Paris-2024: Azərbaycanın bayraqdarları məlum oldu

XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları məlum olub.

Futbolpress.az xəbər verir ki, avqustun 11-də Bakı vaxtı ilə saat 23:00-da Parisdə başlanacaq bağlanış mərasimində üçrəngli bayrağımızı taekvondo üzrə Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Qaşım Maqomedov və bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın üzvü Zeynəb Hümmətova daşıyacaqlar.