Paris-2024: Azərbaycan üç paraçüdoçu ilə təmsil olunacaq

Paris-2024 Paralimpiya Oyunlarında 3 paracüdoçumuz mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, belə ki, Fransanın paytaxtında qadın paracüdoçularımızdan Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kq) tatamiyə çıxacaq.

Dürsədəf Kərimova və İlham Zəkiyev dünya reytinqindəki mövqelərinə əsasən Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Xatirə İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.