Paris-2024: Azərbaycan taekvondoçusu 1/4 finalda

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə qarşılaşıb.

Rəqibini məğlub edən Qaşım növbəti mərhələyə yüksəlib.