Paris-2024: Azərbaycan paraatıcısı 13-cü oldu

Fransanın paytaxtı Parisdə təşkil olunan Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən paraatıcı Kamran Zeynalov mübarizəyə qoşulub.

Futbolpress.az xəbər verir ki, o, 10 metr məsafəyə atəşaçmada 559 xalla 13-cü olub və finala vəsiqə qazana bilməyib.

Paris-2024-ə sentyabrın 8-də yekun vurulacaq. Buna qədər Azərbaycanın parataekvondoçusu Sabir Zeynalov K44 kateqoriyasında bürünc medal qazanıb.